Pirallahının avtomobil yollarının yenidən qurulmasına 3,8 mln. manat ayrılıb- SƏRƏNCAM

18:09 - 26 İyul 2016 - Xəbər

Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər xətti