Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfirini qəbul edib

17:09 - 26 İyul 2016 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
Görüşdə həmçinin, iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb. Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Jan Qabrielsenə minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Xəbər xətti