Şirvanda zavodda partlayış: ölən və yaralananlar var

15:59 - 26 İyul 2016 - Xəbər

 Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.
“Report”un bölgə müxbiri isə bildirir ki, artıq hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobili cəlb olunub. 
*** 15:43
 Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda güclü partlayış olub.
“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Xəbər xətti