“Türk Telekom”un rəhbərləri “fətullahçı” ittihamı ilə həbs edildi

14:56 - 26 İyul 2016 - Xəbər

Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan “Türk Telekom”un rəhbərliyində təmsil olunan 3 nəfər hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.İKT.lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə telekanalları məlumat yayıb.Həbs olunan şəxslərin adları hələlik açıqlanmasa da, onlardan ikisinin və “Türk Telekom”un texnologiya üzrə baş direktor müavini Coşkun Şahin və TTNET-in fərdi iş bölməsinin baş direktoru Erkan Akdemir olduğu bildirilir. Bu şəxslər prokurorluq tərəfindən ifadə verməyə dəvət olunmuşdu.
“Türk Telekom” rəhbərliyi isə şirkət strukturlarında 198 nəfəri işdən qovub.

Xəbər xətti