“Viktoriya” – “Qarabağ” oyunu canlı yayımda!

14:30 - 26 İyul 2016 - İDMAN

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Viktoriya” – “Qarabağ” matçını azarkeşlər canlı yayımda izləyə biləcək! Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə tamaşaçılara təqdim olunacaq.
Dünən “CBC Sport”un oyunu göstərmək üçün 6 min avro tələb olunduğunu və bu məbləği ödəyə bilməyəcəkləri barədə xəbər vermişdik. Lakin son anda məsələyə müdaxilə edən AFFA tələb olunan 6 min avronu ödəməyi üzərinə götürüb. Bu barədə rəsmi açıqlama hələ ki, verilməsə də, yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı bu axşam saat 22:15-də start götürəcək.

Xəbər xətti