Bakıda qadını qarət edən şəxsə 5 il cəza verildi

17:07 - 25 İyul 2016 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilən paytaxt sakini İlkin Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Məmmədov 5 il müddətində azadlıqdan məhrum edilib.İttihama görə, İ.Məmmədov Masazır qəsəbə sakini Səriyyə Ağalarovanın əlindəki çantanı oğurlayarkən yaxalanıb. Ona Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb.

Xəbər xətti