Mövlud Çavuşoğlu: "Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur"

13:48 - 25 İyul 2016 - DÜNYA

 Avropa İttifaqının ölüm cəzasının mümkün bərpası ilə əlaqədar Türkiyəyə göstəriş vermək haqqı yoxdur."Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına müsahibəsində bildirib.

"Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq. Avropa rəsmiləri tez-tez öz fikirlərini bildirir. Amma bunu hədə şəklində eləmək lazım deyil", - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker rəsmi Ankaranın ölüm cəzasını bərpa edəcəyi təqdirdə Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı danışıqlar prosesini dayandıracağını bildirmişdi.

Xəbər xətti