Masallıda ev yanıb

11:21 - 20 İyul 2016 - HADİSƏ

Masallı rayonunda vətəndaşa məxsus ev yanıb.Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Masallı rayonu, Banbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi, tavanı 16 kv.m və dəhlizin tavanı 25 kv.m sahədə yanıb.Evin qalan hissəsi yanğında mühafizə olunub.Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti