Salyanda ağır yol qəzası: yaralananlar var

17:24 - 19 İyul 2016 - HADİSƏ

 Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə bu gün günorta satlarında Ələt-Astara magistral yolunun rayonun Marışlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Kamaz”markalı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Murad Ağamalıyev və salonda olan sərnişin Salyanın Yenikənd kənd sakini, 24 yaşlı Nuranə Xanlar qızı Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti