Bakıda iki yaşlı oğlan siçan zəhəri içməsi nəticəsində ölüb

16:37 - 19 İyul 2016 - HADİSƏ

 Bakıda azyaşlı faciəli şəkildə ölüb. “Report”un məlumatına görə, Xəzər rayonu, Zirə qəsəbəsi, B.Sərdarov küçəsi, ev 64-də yaşayan 2 yaşlı Ruslan Əlizadə siçan zəhəri içməsi nəticəsində zəhərlənib. 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilən R.Əlizadə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti