ANS ÇM-in bağlanma səbəbi məlum oldu

15:05 - 19 İyul 2016 - MEDİA

“Şurada “ANS ÇM Yayım və Media” Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, buna səbəb kimi ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması hallarını göstərilib: “Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, Teleradio Şurası onun yayımını dayandıra bilər”.
MTRŞ sədri qeyd edib ki, “ANS Müstəqil Yayım və Media” Şirkətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaq.

Xəbər xətti