Türkiyəli pop müğənni vəfat etdi

14:20 - 18 İyul 2016 - DÜNYA

Türkiyənin tanınmış pop müğənnisi İşıl German vəfat edib.

Ucnoqta.az report-a istinadən bildirir ki, 63 yaşlı müğənni infarkt nəticəsində dünyasını dəyişib. 
Xəbərə görə, İ.German son illər Quşadasındakı evində tək və maddi çətinliklər içində yaşayırmış. 

 

Qeyd edək ki, İ.German "Biliyorum sensin o aşkın kaderi", "Ağlıyorsam, sen aldırma" mahnıları ilə 1970-ci illərdə məşhurluq qazanıb. O, bir neçə filmdə aktrisa kimi rol alıb və 1980-ci illərdə türk filmlərinə musiqilər yazıb.

Xəbər xətti