Qılıncdaroğlu Ərdoğana küllü miqdarda təzminat ödəyəcək - MƏHKƏMƏ QƏRARI

13:16 - 14 İyul 2016 - DÜNYA

Ankara Məhkəməsi prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının 35-ci qurultayı ilə bağlı TBMM-dəki qrup toplantısında işlətdiyi ifadələrə görə, CHP partiya rəhbəri Kamal Qılıncdaroğlunu cəzalandırıb. Onun barəsində verilın şikayətlər əsasında 2 ayrı məhkəmə ümumilikdə 50 min lirə mənəvi təzminata ödəməsi qərarı verib. Lent.az-ın haberturk.com-a istinadən məlumatına görə, hakim Ayxan Yılmaz iddianı qismən qəbul edib. Qılıncdaroğlunun hər bir şikayət üçün prezident Ərdoğana 25 min lira mənəvi təzminat ödəməsinə qərar verilib.
Qeyd edək ki, iddia ərizəsində prezident Rəcəb Tayyib Ərdoğana qarşı ağır təhqirə görə, Qılıncdaroğlundan 100 min lirə mənəvi təzminat tələb edilmişdi.

Xəbər xətti