Şamaxıda “Mercedes” dərəyə aşıb, sürücü ölüb

Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu 90-BX-297 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Avtomobildə tək olan sürücü M. Həşimov hadisə yerində ölüb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
13 İyul 2016 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-07-13 15:16:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin