"Qarabağ"dan qələbə

22:50 - 12 İyul 2016 - İDMAN

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları başlayıb.  İlk matçına çıxan Ağdamın "Qarabağ" klubu öz meydanında Lüksemburq təmsilçisi "Düdelanj"ı qəbul edib. İlk qol "Qarabağ"dan gəlib. Oyunun 9-cu dəqiqəsində Riçard Almeyda  penaltidən fərqləndi. Oyunun 27-ci dəqiqəsində Almeyda hesabı 2:0-a çatdrıb.

Oyun "Qarabağ"ın 2:0 qələbəsi ilə bitib.

Qeyd edək ki, cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) 2:0, qollar Almeyda 9, 27 dəq
Baş hakim: Orel Qrinfild (İsrail)
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni (İsrail)
Dördüncü hakim: Menaşe Masiah (İsrail)

Xəbər xətti