Sabaha olan hava məlumatı

13:02 - 5 İyul 2016 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
İyulun 6-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-metereoloji proqnoza əsasən, iyulun 6-7 də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddütü meteohəssas insanlar üçün əlverişlidir. 

Xəbər xətti