Əhməd Şahidov Ermənistana keçmək istəyir

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov son aylar kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı intensiv fəaliyyət göstərməkdədir. Kəlbəcərli əsirlər barədə sənədli film çəkən hüquq müdafiəçisi İyulun 15-də filmi geniş ictimaiyyətə təqdim edəcəklərini deyir. Azərbaycanlı əsirlərlə bağlı fəaliyyət göstərən hüquq müdafiəçisi qeyri-adi fikirlər paylaşıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxacağı təqdirdə özünü Ermənistan tərəfinə təslim edəcəyini bildirən Əhməd Şahidov əsirlərlə bağlı faktları öyrənəndən sonra psixoloji durumunun pozulduğunu da bildirib: "Tam səmimi deyirəm. Sarkisyan rejimi qəbul edərsə, Dilqəm və Şahbazın azad edilməsi şərti ilə özümü onlara təslim edərəm. Yəni, özümü Dilqəm və Şahbazla dəyişərəm. Son günlər sənədli film çəkilişləri zamanı əsirlərimizin yaxınlarından eşitdiklərim psixoloji durumumu pozub. Hər şeyə hazıram Dilqəm və Şahbazın azadlığa çıxması üçün. Adamlar iki ildir erməni əsirliyindədir, bir anlıq özünüzü təsəvvür edin onların yerində".

Qeyd edək ki, kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin İyul ayının 14-də Kəlbəcərdə ermənilər tərəfindən əsir götürülüb. Dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.

Tarix
16 İyun 2016 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-06-16 13:53:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin