®Azercell-lə Dəqiqələri Sayma!

13:40 - 16 İyun 2016 - ÖLKƏ İÇİ

Bölgələrdə limitsiz danışıq kampaniyasına start verildi

Yay mövsümünün başlaması ilə ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli kampaniyaya başladı. “Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi SimSim abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini əldə edə bilərlər, özü də, cəmi gündəlik olaraq 0.25 AZN müqabilində. Azercell-in “Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 2323 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidi. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil. 
 
Məlumat üçün bildirək ki,“Bölgələrdə Limitsiz danış” kampaniyası ilə Azercell 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir. Artıq bir neçə ildir ki, Azercell -in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli Bölgə tarifi mövcuddur. Belə ki, həmin abunəçilər Bölgə tarifinə qoşulmaqla şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər. 
 
Azercell, hər zaman olduğu kimi, isti yay ayları boyu da abunəçilərini həm yeni sərfəli kampaniyalarla, həm də keyfiyyətli rabitə xidmətləri ilə sevindirməkdə davam edəcək. 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Xəbər xətti