Bu gün orta məktəblərdə “Son zəng”dir

11:13 - 14 İyun 2016 - ÖLKƏ İÇİ

 Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. Təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbirlərinin keçirilməsi barədə imzaladığı əmrə əsasən, tədbir bu gün yalnız təhsil müəssisələrinin ərazisində təşkil olunmalıdır.

Ötən günlərdə ölkənin bəzi məktəblərində “Son zəng” tədbiri artıq olub.
Bu il ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirəcək. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.report

Xəbər xətti