Almaniya qondarma "erməni soyqırımı"nı tanıyıb

15:29 - 2 İyun 2016 - DÜNYA

 Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün parlamentdə bununla bağlı səsvermə keçirilib və qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan layihə qəbul olunub.
Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.
Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.

Xəbər xətti