Robert Koçaryan Ermənistan ordusundakı problemləri açıqlayıb

17:33 - 1 İyun 2016 - DÜNYA

 "Azərbaycan ordusu gecə vaxtlarında Ermənistan Silahlı Qüvvələrinə xeyli problem yaşadıb". Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan "2rd.am" nəşrinə müsahibəsində söyləyib. "İki ildən çoxdur qarşı tərəf gecə vaxtlarında bizə xeyli problem yaşadır. Bu da onların bütün zəruri vasitələrlə təchiz olunmasından irəli gəlir. Bəs bizə ordunu lazimi sayda gecəgörmə cihazları, termoqrafik kameralar, gecə nişangahları, rabitə vasitələri, mobil resurslar üçün fərdi qoruyucu avadanlıq ilə təchiz etməyə nə mane olurdu?", - deyə R.Koçaryan bildirib.

Ermənistanın sabiq prezidenti, həmçinin orduda komandir heyətinin döyüşü mobil telefonla idarə etdiyini vurğulayıb: "Komandirin döyüşü mobil telefonla idarə etməsi, eyni zamanda, taqımın dayaq məntəqəsində gecəgörmə cihazlarının, zirehli jiletin olmaması anormaldır".report

Xəbər xətti