Si Cinpin 8-9 iyun tarixlərində KXDR-ə səfər edəcək

07:21 - 5 İyun 2026 - Xəbər

Çin prezidenti Si Cinpin 8-9 iyun tarixlərində KXDR-ə dövlət səfəri edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqə Ofisinin sözçüsünün açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, Koreya Əmək Partiyasının baş katibi və Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə sədri Kim Çen Inın dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və Çin Xalq Respublikasının sədri Si Cinpin 8-9 iyun tarixlərində Koreya Xalq Demokratik Respublikasına dövlət səfəri edəcək. 

Xəbər xətti