Son sutkada 56 livanlı həlak oldu

22:28 - 27 May 2026 - DÜNYA

Son 24 saat ərzində ölkənin cənub və şərq bölgələrində İsrailin hava hücumları zamanı ən azı 56 livanlı həlak olub.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, daha 103 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.

Nazirliyin açıqlamasında deyilir ki, 2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 3269-a çatıb, 9840 nəfər yaralanıb.

Xəbər xətti