Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti kənar yol, metronun "Koroğlu" stansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, metronun "Koroğlu" stansiyası istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
14. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
15. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində;
16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
17. Alı Mustafayev küçəsi, "20 Yanvar" dairəsi istiqamətində;
18. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;
19. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
20. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində;
21. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.