Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında bildirilib.
Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Fransa prezidentləri regional və qlobal məsələləri də müzakirə edib.