Çində baş verən zəlzələdə 2 nəfər ölüb

08:18 - 18 May 2026 - DÜNYA

Çinin cənubundakı Guangxi Çjuan Muxtar Bölgəsində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində ən azı iki nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb. Xilasedicilər itkin düşmüş bir nəfəri tapıblar.

Liuçjou şəhərinin Liunan rayonunda ən azı 13 yaşayış binası uçub.

Zəlzələdən sonra 7000-dən çox insan təxliyə edilib. Dörd nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər xətti