İsrail Livana hava zərbələri endirdi - Ölənlər var

13:34 - 30 Aprel 2026 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubundakı üç kəndə hücum edərək doqquz nəfərin ölümünə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu məlumat TASS-ın aldığı təcili yardım qərargahından verilən məlumatda yer alır.

Bildirilir ki, raket zərbələri Cibşet, Tula və Harufdakı yerüstü hədəflərə dəyib, doqquz mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

İtki və yaralananların sayı arta bilər.

Xəbər xətti