Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 65,476 milyon manat sığorta haqqı toplanılıb.
Ucnoqta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 milyon manat və ya 28,2% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 8,2 milyon manat və yaxud 27,4% artaraq 38,137 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı müştərilərə geri ödənilib.