Gürcüstan və ABŞ aprel ayında ölkələr arasında münasibətlərin yenidən qurulması üçün təməl qoyacaq bir neçə yüksək səviyyəli danışıqlar keçirəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze "Rustavi 2"yə verdiyi müsahibədə bildirib.
"Bilirsiniz ki, aprel ayında müxtəlif görüşlər keçiriləcək və maraqlı xəbərlər olacaq. Əminəm ki, ölkəmizi və şəhərimizi sevənlər tezliklə ictimaiyyətə açıqlanacaq bu məlumatla fəxr edəcəklər. Bu, ümumilikdə münasibətlərə və gələcək tərəfdaşlığa, eləcə də münasibətlərin dərinləşməsinə aiddir. Əlavə detalları açıqlamaqdan çəkinəcəyəm; hadisələrin inkişafını gözləyəcəyik və hər şey aydın olacaq", - Kaladze bildirib.
Siyasətçi bir daha ümid etdiyini bildirib ki, Tbilisi ilə Vaşinqton arasında münasibətlər yenidən qurulacaq və təmiz bir vərəqdən bərpa olunacaq.