"Qarabağ" Maksim Medvedevə görə cərimələndi

17:52 - 1 Aprel 2026 - İDMAN

Əvəzedicilər Liqasının XXI turunda baş tutan qalmaqallı "Qarabağ-2" - "Sabah-2" qarşılaşması ilə bağlı yekun qərar açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, müvafiq qərarı AFFA-nın İntizam Komitəsi qəbul edib.

Məlumata görə, "Qarabağ-2"nin baş məşqçisi Maksim Medvedev oyunun 43-cü dəqiqəsində hakimin qərarlarına sərt etiraz bildirərək komandasını meydandan çıxarıb. Qısa fasilədən sonra kollektiv yenidən yaşıl meydançaya qayıdıb və matç davam etdirilib.

Yaşanan bu insident cəzasız qalmayıb və müvafiq intizam tədbiri görülüb. Komitənin qərarına əsasən, "Qarabağ-2" komandası 1000 manat məbləğində cərimələnib.

Xəbər xətti