Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə (Frontex) məxsus kateri Yunanıstanın Kastellorizo adasının limanına girərkən dayazlığa çırpılıb və batıb.
Ucnoqta.az bildirir ki, bu barədə Yunanıstan televiziya kanalı ERT-news məlumat verib.
Məlumata görə, gəmidə beş nəfər olub - dörd eston və Yunanıstan Sahil Mühafizəsinin Frontex ilə əlaqə zabiti. Dörd nəfər yaralanıb, lakin onların həyatı təhlükədə deyil.
Yaralananlar arasında Afinadakı Estoniya səfiri də var. Yaralananlardan birinin vəziyyəti daha ağır hesab olunur, çünki o, başından xəsarət alıb.
Yaralananlar Yunanıstan Hərbi Hava Qüvvələrinin Super Puma helikopteri ilə Rodos adasındakı xəstəxanaya aparılıb.
Hadisənin səbəbləri araşdırılır.