Pakistan Əfqanıstana zərbələr endirib

22:52 - 16 Mart 2026 - DÜNYA

Pakistan Hərbi Hava Qüvvələri Kabildə hava hücumları həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, hücum nəticəsində narkotik reabilitasiya mərkəzinə ziyan dəyib.

O bildirib ki, Pakistan bir daha Əfqanıstan hava məkanını pozaraq Kabildəki narkotik reabilitasiya mərkəzinə zərbə endirib, müalicə alan narkotik asılılarını öldürüb və yaralayıb.

Xəbər xətti