Yüzdən çox tank, 5 mindəm çox əsgər sərhəddə yerləşdiriləcək

13:26 - 6 Fevral 2026 - DÜNYA

Almaniya hakimiyyəti NATO-nun gizli OPLAN DEU planının bir hissəsi olaraq, Belarusla sərhəddən təxminən 30 km məsafədə, Litvanın Rudninkai şəhəri yaxınlığında 5000-dən çox alman əsgəri, eləcə də 105 Leopard 2A8 tankı yerləşdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə 5 fevralda The National Interest (NI) məlumat yayıb.

Jurnalın məlumatına görə, bu, Berlinin İkinci Dünya Müharibəsindən bəri xaricdə daimi qüvvələr yerləşdirdiyi ilk haldır.

Xəbər xətti