Qatarla avtomobil toqquşdu - ölən var

12:19 - 5 Fevral 2026 - HADİSƏ

Xaçmaz rayonunun Nərəcan kəndində dəmiryolu keçidində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, qatar dəmiryolu keçidini keçən "VAZ" markalı minik avtomobili vurub. Nəticədə avtomobilin sürücüsü, 22 yaşlı Xaçmaz rayonunun Ağtala kənd sakini Səid Çələbiyev hadisə yerində ölüb.

Faktla bağlı raşdırma aparılır.

Xəbər xətti