Güclü külək Bakıda 78 ağacı sındırıb

09:26 - 5 Fevral 2026 - HADİSƏ

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.

Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.

Xəbər xətti