İran ABŞ ilə razılaşmaq üçün nüvə proqramını ləğv etməyə hazırdır
Ucnoqta.az xəbər verir ki, "The New York Times" (NYT) qəzeti rəsmilərə istinadən bildirib ki, İran ABŞ ilə razılığa gəlmək və regiondakı gərginliyi azaltmaq üçün nüvə proqramını azaltmağa və ya dayandırmağa hazırdır.
İki mənbəyə görə, Tehran nüvə proqramını dayandırmağa hazırdır ki, bu da böyük güzəşt olardı. Lakin qeyd olunur ki, İran hakimiyyəti ABŞ-nin iştirakı ilə regional nüvə enerjisi konsorsiumunun yaradılması yolu ilə həll yoluna üstünlük verərdi.