Bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,563 milyard ABŞ dolları təşkil edib.
Ucnoqta.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, bu ilin yanvarın 1-i ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 0,4% çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 575 milyon ABŞ dolları və ya 5,2% artıb.