Azərbaycanda futbolçu bıçaqlandı

09:23 - 3 Fevral 2026 - ÖLKƏ İÇİ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az “Unikal"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. O əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Gənc oğlanın hansı şəraitdə bıçaqlanması məlum deyil.

Qeyd edək ki bıçaqlanan V.Rzayev "Kəpəz "futbol komandasının oyunçusudur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti