Kanadalı aktyor Kifer Sazerlend Hollivudda taksi sürücüsünə hücum etməkdə şübhəli bilinərək həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Los Angeles Times məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə bazar ertəsi gecəsi baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənin ciddi xəsarət almadığını bildiriblər.
Sazerlend hadisə yerində həbs edilib və şəhər həbsxanasına aparılıb, daha sonra 50.000 dollar girov müqabilində azadlığa buraxılıb.
Məhkəmə iclası 2 fevrala təyin edilib.