Yollarda görünüş məsafəsi məhdudlaşacaq

14:53 - 3 Dekabr 2025 - ÖLKƏ İÇİ

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 4-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Xəbər xətti