Litvanın Zoknyai Hava Bazasında rotasiya qaydasında yerləşən NATO qırıcı təyyarələri noyabr ayında Baltikyanı respublikanın hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini 11 dəfə müşayiət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, ilk müşayiət noyabrın 5-də baş tutub. Hər həftə ərzində qırıcı təyyarələr bu məqsədlə üç-dörd dəfə havaya qalxıblar.
Hava müşayiəti proseduru adi nəzarət tədbiridir. NATO qüvvələri bundan avqust ayında 11 dəfə, sentyabrda 23 dəfə və oktyabrda 15 dəfə istifadə edib.