Maştağada avtomobil vuran piyada xəstəxanada ölüb.
Ucnoqta.az xəbər verir ki, noyabrın 29-u saat 21 radələrində Zakir Musayev Sabunçu rayonu, Maştağa şosesində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 50 yaşlı Elşən Əskərovu vurub.
O, Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.