Ucnoqta.az
www.ucnoqta.az

Prius vurduğu piyada öldü

17:27 - 1 Dekabr 2025 tarixində dərc olunub.

Maştağada avtomobil vuran piyada xəstəxanada ölüb.

Ucnoqta.az xəbər verir ki, noyabrın 29-u saat 21 radələrində Zakir Musayev Sabunçu rayonu, Maştağa şosesində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 50 yaşlı Elşən Əskərovu vurub.

O,  Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası