Kadi Borgesin son vəziyyəti AÇIQLANDI - FOTO

14:44 - 6 Noyabr 2025 - İDMAN

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin son vəziyyəti bilinib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilir ki, oyundan dərhal sonra Kadi Borges müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.


Xəbər xətti