"Vergi Məcəlləsindəki dəyişikliklər dövlət büdcəsinə 623 mln. manat gətirəcək"

13:22 - 6 Noyabr 2025 - İQTİSADİYYAT

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin nəticəsində dövlət büdcəsinə əlavə 623 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək.

“Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək”, - o qeyd edib.

Xidmət rəisi əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. “Həmçinin, bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək”, - o qeyd edib.///olke.az

Xəbər xətti