Yüzlərlə HƏMAS döyüşçüsü tunellərdə qalıb

12:08 - 6 Noyabr 2025 - DÜNYA

Bir neçə yüz HƏMAS döyüşçüsü İsrailin nəzarətində olan Qəzza zolağının altındakı yeraltı tunellərdə ilişib qalıb.

Ucnoqta.az xəbər verir ki, The Wall Street Journal (WSJ) mənbələrə istinadən bildirir ki, əgər onlar İsrail mövqelərinə hücum etsələr, bu, atəşkəs sazişinin pozulmasına səbəb ola bilər.

Nəşrin məlumatına görə, HƏMAS döyüşçülərinin taleyi atəşkəsin ikinci mərhələsinə keçid üçün danışıqlarda mübahisəli məsələyə çevrilib.

HƏMAS nümayəndələri döyüşçülərini nəzarət etdikləri Fələstinin bir hissəsinə təxliyə etməyə çalışarkən, İsrail tərəfi döyüşçüləri ələ keçirməyə və ya öldürməyə çalışır. HƏMAS yeraltı döyüşçülərlə əlaqənin mart ayından bəri kəsildiyini və yalnız bu yaxınlarda bərpa olunduğunu iddia edir.

HƏMAS iddia edir ki, təxminən yüz döyüşçüsü yeraltındadır, İsrail və ərəb ölkələri isə onların sayını 200-300 nəfər hesablayır. Onların əksəriyyəti Rəfah ərazisində yerləşir, silahlı qruplar da Qəzzanın şimalında və mərkəzində qalır.

Xəbər xətti