İsrail hərbçiləri Suriyaya daxil oldu

15:02 - 5 Noyabr 2025 - DÜNYA

İsrail ordusunun mexanikləşdirilmiş patrulu təmizləmə əməliyyatı aparmaq üçün Suriyanın Quneytra əyalətinə daxil olub.

Ucnoqta.az bildirir ki, bu barədə Syria TV xəbər verir.

Kanalın məlumatına görə, Cəbətə əl-Xaşib kəndində İsrail qoşunları yaxınlıqdakı karxanalara aparan yolu bağlayıb.

Yoxlama zamanı yerli karxanada işləyən bir qrup suriyalı saxlanılıb. Onların sayı dəqiqləşdirilməyib.

Xəbər xətti