Maliyyə Nazirliyinin icra orqanı olan Guardia di Finanza ölkənin cənub-qərbindəki Kampaniya bölgəsinin Lattari dağlarında genişmiqyaslı qanunsuz kannabis (narkotik xassəli çətənə ) istehsalı müəssisəsini söküb.
Ucnoqta.az xəbər verir ki, İtaliya televiziya kanalı Rai News-un məlumatına görə, müsadirə edilən məhsulun ümumi çəkisi bir tondan çox olub.
"Guardia di Finanza"nın yerli bölməsi tərəfindən aparılan əməliyyat zamanı 142 kq satışa yararlı kannabis çiçəkləri, quruma mərhələsində olan 5750 bitki və vegetasiya və çiçəkləmənin son mərhələlərində olan 390 bitki müsadirə edilib.
Məlumata görə, narkotik laboratoriyası narkotik becərilməsi və emalı üçün xüsusi olaraq yenidən qurulmuş iki mərtəbəli anqarda yerləşirdi. Müstəntiqlərin sözlərinə görə, müəssisə pərakəndə satış üçün nəzərdə tutulmuşdu.
Binanın icarəçisinə qarşı narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi ilə bağlı cinayət işi açılıb.