Tanınmış vəkil saxlanıldı

14:13 - 24 Oktyabr 2025 - Xəbər

Gəncə şəhərində tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, vəkil Zabil Qəhrəmanovun ötən gün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Hazırda Z.Qəhrəmanovun hansı səbəbdən saxlanıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu hadisədən bir müddət əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilmiş qərarla Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılmışdı.///Apa

Xəbər xətti