Kallas Rusiyaya tətbiq edilən sanksiyalardan danışdı

10:59 - 23 Oktyabr 2025 - DÜNYA

Xəbər verildiyi kimi, Avropa İttifaqı (Aİ) 19-cu sanksiya paketinə Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tanker əlavə edib.

Ucnoqta.az xəbər verir ki, Aİ-nin sanksiyalar paketinə həmçinin Rusiyadan LNG-nin alınmasına qadağa və rus diplomatlarının səyahətinə məhdudiyyətlər daxildir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, 19-cu sanksiya paketinə Rusiya bankları və kriptovalyuta əməliyyatlarına məhdudiyyətlər daxildir.

Kallas qeyd edib ki, Aİ-nin sanksiyalar paketinə Hindistan və Çindəki şirkətlərə məhdudiyyətlər də daxildir.

Xəbər xətti